BAKI, 13 may. TELEQRAF
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun sözlərinə görə, ABŞ hər iki tərəfin sülh təşəbbüslərini öyrənib və indi Rusiya-Ukrayna münaqişəsinin gələcək nizamlanmasının mümkün konturlarını görür.
Teleqraf xəbər verir ki, K.Kelloq Brüsseldə keçirilən Avro-Atlantik təhlükəsizlik üzrə forumda çıxış edib.
O deyib: "Biz indi kifayət qədər əminik və başa düşürük ki, əgər buna nail ola bilsək, nəticənin nə olacaq".
K.Kelloq sülh razılaşmasının əldə olunmasının mümkünlüyünə əmin olduğunu bildirib. O, həmçinin əlavə edib: "Biz buna çalışmalıyıq".