BAKI, 13 iyun. TELEQRAF
BMT Baş Assambleyası İspaniyanın təklif etdiyi qətnaməni təsdiqləyib.
Teleqraf xəbər verir ki, sənəddə İsrailin beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulanır.
Bu barədə TASS məlumat yayıb.
Belə ki, Rusiya, Çin, Oman, Səudiyyə Ərəbistanı, Fransa, İsveçrə və Yaponiya da daxil olmaqla, 149 dövlət sənədin lehinə səs verib. Argentina, Macarıstan və ABŞ da daxil olmaqla 12 ölkə müxalif qalıb.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrindən fərqli olaraq, Baş Assambleyanın qətnamələri yalnız deklarativbəyanedici qüvvəyə malikdir.