Bakı. Trend:
"Hoffenhaym" "Bazel"in yarımmüdafiəçisi Leon Avdullahununtransferini rəsmən açıqlayıb.
Trend xəbər verir ki,Almaniya təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 21yaşlı isveçrəli futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Transfermarkt portalının məlumatına əsasən, müqavilənin dəyəri 8milyon avro təşkil edir.
Avdullahu "Bazel"in yetirməsidir. O, əsas komandada 71 oyunkeçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.