Britaniyada artilleriya zavodu M777 haubitsalarının istehsalını bərpa edib....
Poliqon Bəbu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verir.
BAE Systems şirkətinə məxsus zavod 200 nəfərin işləməsi üçün nəzərdə tutulub. Onun ingilis polad sənayesinin doğulduğu Şeffild şəhərində açılışında Böyük Britaniyanın müdafiə naziri Con Healey iştirak edib.
Bu zavodun əvvəllər 2023-cü ildə silah istehsalını dayandırdığı bildirilir. İstehsalın bərpası qərarı Avropa ölkələrində silah ehtiyatlarının bərpasına yüksək tələbat fonunda qəbul edilib - M777 haubitsa NATO ölkələrində ən populyar və geniş yayılmış silah sistemlərindən biridir.
M777 haubitsaları Ukrayna ordusuna kütləvi şəkildə verilib.
Poliqon.info