AZ

Böyük Britaniyada haubitsa istehsalı zavodu yenidən qurulub

“M777” haubitsa istehsalı zavodu Avropada silaha tələbatın artması səbəbindən İngiltərənin Şeffild şəhərində yenidən qurulub.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, “BAE Systems” zavodu 200-ə yaxın insanı işlə təmin edəcək. Müəssisənin açılış mərasimində cümə axşamı Böyük Britaniyanın müdafiə naziri Con Hili iştirak edib.

Seçilən
39
report.az

1Mənbələr