AZ

Osimhen “Liverpul”un maraq dairəsinə düşdü

BAKI, 13 iyun. TELEQRAF

"Liverpul" ötən mövsümü "Qalatasaray"da icarə əsasında keçirmiş "Napoli"nin 26 yaşlı hücumçusu Viktor Osimheni transfer etmək variantını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Give me Sport” nəşri məlumat yayıb.

Məlumata görə, nigeriyalı futbolçunun həftəlik təxminən 400 min funt-sterlinq maaşı İngiltərə klubuna keçidinə maneə ola bilər. Futbolçunun Avropanın elit klubuna transfer xatirinə az məvacibə razılaşması da istisna olunmur.

Qeyd edək ki, “Qalatasaray” Osimheni heyətində saxlamağa çalışır. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da nigeriyalı forvardı transfer etməyə can atır.

Seçilən
44
teleqraf.com

1Mənbələr