AZ

Hədəf İran ordusunun Baş qərargah rəisi imiş - onun taleyi barədə məlumat yoxdur

BAKI, 13 iyun. TELEQRAF

İran ordusunun Baş qərargah rəisi Məhəmməd Baqiri İsrailin hava qüvvələrinin Tehrandakı hündürmərtəbəli binalara endirdiyi zərbə nəticəsində həlak ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, hava hücumunun əsas hədəfi də elə o olub.

AEI-nin məlumatına görə, Məhəmməd Baqiri, Məhəmməd Əli Cəfəri, Əli Fədavi və Qulam-Əli Rəşid SEPAH-ın əsasKomandanlıq Şəbəkəsinin üzvləridir.

Mətbuatın yazdığına görə, bu qrup planlama, əməliyyatlar, kəşfiyyat, gizli və qeyri-qanuni müharibələr və daxili təhlükəsizliyə nəzarət edən İran ordusunun yuxarı eşelonlarında üstünlük təşkil edir.

Seçilən
92
5
teleqraf.com

10Mənbələr