AZ

Fransa sahillərində XVI əsrdə batmış gəmi tapıldı

BAKI, 13 iyun. TELEQRAF

Fransa sahillərində dəniz təlimləri zamanı XVI əsrə aid ticarət gəmisinin qalıqları aşkar edilib.

Teleqraf “Franceinfo” radiostansiyasına istinadən xəbər verir ki, gəmi rekord dərinlikdə yerləşir.

Məlumata görə, uzunluğu 30, eni 7 metr olan gəmi 2567 metr dərinlikdə tapılıb. Bu, Fransa ərazi sularında indiyə qədər aşkar edilmiş ən dərin qalıqlardır. Əvvəlki rekord Tulon sahillərində 2300 metr dərinlikdə tapılan "La Minerve" sualtı qayığına məxsus olub.

Tapılan qalıqlar Şimali İtaliyadan keramika, xüsusən də bitki motivləri ilə boyanmış müxtəlif rəngli küplər daşıyan gəmi olduğu güman edilir. Onun göyərtəsində altı dəmir top da olub.

Qalıqlar bu ilin mart ayında keçirilən təlimlər zamanı təsadüfən fransız hərbçiləri tərəfindən aşkar edilib. Ancaq onun haqqında Nitsada keçirilən BMT-nin 3-cü Okean Konfransı çərçivəsində məlumat verilib.

Seçilən
24
teleqraf.com

1Mənbələr