AZ

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Bakı. Trend:

ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı sanksiyalarlabağlı iki fərman imzaladığını bildirib.

Trend xəbər verir ki, o, bubarədə ABŞ Senatında keçirilən dinləmələr zamanı danışıb.

Onun sözlərinə görə, fərmanlar İranın "kölgə donanması"na şamilediləcək:

"Biz İrana maksimum təzyiq göstəririk. Onların kölgədonanmasının izinə düşməyə çalışırıq", - deyə o qeyd edib.

Seçilən
10
az.trend.az

1Mənbələr