BAKI, 13 iyun. TELEQRAF
İsrail Müdafiə Qüvvələri ehtiyatda olan hərbçiləri əsas bölmələrdə xidmətə çağırır.
Teleqraf xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Məlumata görə, hərbçilər Hərbi Hava Qüvvələrinə, Kəşfiyyata, eləcə də Arxa Komandanlığa, Şimal Komandanlığına və Mərkəzi Komandanlığa cəlb edilir. Həmçinin Yəhudeya və Samariya diviziyasının döyüş hazırlığını artırılır.
Bu arada İsrail ordusu ölkənin bütün əhalisinə sığınacaqlara yaxınlaşmağı əmr edib.
Sakinlər cib telefonlarına komandanlıqdan mühafizə olunan ərazilərə keçmək və onların yaxınlığında qalmaq əmri ilə təcili bildiriş alıblar.