İsrail Müdafiə Qüvvələri əsas bölmələrdə xidmət etmək üçün ehtiyatda olan hərbçiləri orduya çağırmağa başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Hərbçilər Hərbi Hava Qüvvələri, eləcə də Daxili cəbhə, Şimal və Mərkəzi komandanlıqlarına cəlb ediləcək.
Eyni zamanda İsrail ordusu Yəhudeya və Samariya diviziyasının döyüş hazırlığını artıracaq.