AZ

Marko Rubio: “ABŞ İrana qarşı hücumlarda iştirak etmir”

ABŞ-nin dövlət katibi Marko Rubio İsrailin bu axşam İrana qarşı birtərəfli hərbi əməliyyat keçirdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə "Ağ Ev"in rəsmi X hesabında bəyanat paylaşılıb.

Bəyanatda ABŞ-nin bu hücumlarda iştirak etmədiyu və hazırda əsas prioritetinin bölgədəki Amerika qüvvələrinin qorunması olduğu qeyd edilib.

"İsrail bu addımın özünü müdafiə məqsədilə zəruri olduğunu hesab etdiyini bizə bildirib. Prezident Tramp və Administrasiya qüvvələrimizin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atıb və bölgədəki tərəfdaşlarımızla sıx əlaqədə qalır. Aydın şəkildə bildirmək istəyirəm ki, İran ABŞ maraqlarını və ya şəxsi heyətini hədəf almamalıdır", – deyə dövlət katibi Marko Rubio bəyan edib.

Seçilən
17
operativmedia.az

1Mənbələr