AZ

İsrail İranda “Aslan Milləti” hərbi əməliyyatına başladığını elan edib

İsrail İranda “Aslan Milləti” (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qeyd olunub ki, hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır.

“İranın bir neçə gün ərzində bir neçə bomba istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uranı var və bu qaçılmaz təhlükəyə qarşı tədbir görülməlidir”, - məlumatda vurğulanıb.

Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, əməliyyat lazım olduğu qədər davam edəcək.

Seçilən
34
6
musavat.com

7Mənbələr