ain.az, Azertag portalına istinadən məlumat verir.
Moskva, 13 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrindən müəyyən kateqoriyadan olan əcnəbi vətəndaşların barmaq izi qeydiyyatı, fotoşəkil çəkdirilməsi və tibbi müayinədən keçmək öhdəliyi olmadan Rusiyada müvəqqəti qalmalarına icazə verən fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədə əsasən, bu qayda 2027-ci il dekabrın 31-dək qüvvədə olacaq və Rusiyanın Müdafiə Nazirliyinin hərbi hissələrində və təhsil müəssisələrində hazırlıq və təlim keçən MDB ölkələrinin hərbi qulluqçularına, eləcə də onların həyat yoldaşlarına, yetkinlik yaşına çatmayan övladlarına, o cümlədən övladlığa götürülmüş və qəyyumluqda olan uşaqlara şamil ediləcək.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Müvafiq prosedurlardan keçmədən müvəqqəti qalmaq hüququnun şərti hərbi qulluqçularla birlikdə yaşamaq və miqrasiya qaydalarına riayət etməkdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.