İranın rəsmi xəbər agentliyi IRNA, İsrailin İran ərazisinə endirdiyi hərbi hava zərbələrinin nəticələrinə dair ilk fotoreportajı yayımlayıb.
Musavat.com xəbər verir ki, reportajda hücumların törətdiyi dağıntılar, zərər çəkmiş infrastrukturlar və mülki əhalinin vəziyyəti əks olunub.
Fotolarda bir sıra şəhərlərdə binaların ciddi ziyan gördüyü, yolların dağıldığı və yanğınların baş verdiyi müşahidə olunur. Həmçinin hadisə yerində çalışan təcili yardım və fövqəladə xidmətlərin fəaliyyəti də təsvir olunub.
IRNA agentliyi hücum nəticəsində bir neçə insanın həlak olduğunu və çoxsaylı yaralının xəstəxanalara yerləşdirildiyini bildirib. Rəsmilər tərəfindən əhaliyə sakitlik çağırışı edilib və əlavə təhlükəsizlik tədbirlərinin görüldüyü qeyd olunub.
Musavat.com






