AZ

İsrail Tehranın ürəyinə raket endirdi – İran ordusunun baş komandanı öldürüldü – CNN-dən sensasion VİDEO  

İsrail iyunun 13-ü, cümə günü səhər tezdən İranın nüvə, raket və hərbi komplekslərinə qarşı görünməmiş miqyasda hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, CNN-in yaydığı məlumata görə, bu hücum nəticəsində İran Silahlı Qüvvələrinin baş komandanı da daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həlak olub.

Hücum birbaşa Tehranın mərkəzində qeydə alınıb. CNN və Reuters-ə məxsus kadrlarda yanan çoxmərtəbəli bina aydın görünür. Alovların içində qalan kompleksin İranın mühüm hərbi və texnoloji mərkəzlərindən biri olduğu bildirilir.

CNN hücumun bölgəni tamamilə yeni və təhlükəli bir münaqişə mərhələsinə sürüklədiyini qeyd edir. Rəsmi mənbələrdən təsdiqlənməsə də, İsrailin bu əməliyyatı əvvəlcədən planlaşdırılmış, dəqiq koordinasiyalı və strateji zərbə kimi xarakterizə olunur.

 “İsrail İranın nüvə və raket proqramının mərkəzinə zərbə endirdi və bu, Yaxın Şərqdə təhlükəli və yeni bir geosiyasi mərhələnin başlanğıcı ola bilər”, – deyə CNN-in xəbərində vurğulanır.

Videonu təqdim edirik:

Seçilən
28
50
musavat.com

10Mənbələr