AZ

"İnter" "Mançester Yunayted"in hücumçusu ilə maraqlanır

"İnter", "Mançester Yunayted"in hücumçusu Rasmus Höylundu transfer etmək istəyir.

Operativ Media xəbər verir ki, bu barədə "Gazetta dello Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, 23 yaşlı danimarkalı futbolçu Milan klubunun yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün əsas hədəflərindən biridir.

2024/25 mövsümündə Höylund bütün turnirlərdə 52 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Seçilən
10
operativmedia.az

1Mənbələr