İsrail hərbçiləri İrana qarşı əməliyyatın başlamasından sonra ehtiyatda olan hərbçiləri kütləvi şəkildə orduya çağırmağa başlayıb.
Publika.az "Ynet" portalına istinadla xəbər verir ki, 8 saylı fövqəladə hallar əmrinə əsasən minlərlə ehtiyatda olan hərbçi səfərbər olunacaq.
İlk növbədə, əlavə qüvvələr əsas bölmələrə - Hərbi Hava Qüvvələrinə, Arxa Komandanlığa, Şimal və Mərkəzi Komandanlıqlara, eləcə də hərbi kəşfiyyat və maddi-texniki təchizata göndəriləcək.
Xatırladaq ki, İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Səlaminin, eləcə də iki aparıcı nüvə proqramı üzrə mütəxəssis doktor Tehrançi və Fereydun Abbasinin ölümünü rəsmən təsdiqləyib.