AZ

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

BAKI. 13 iyun. TELEQRAF

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək.

Teleqraf xəbər verir ki, Azərbaycan həm fərdi, həm də qarışıq komanda yarışlarında təmsil olunacaq.

Fərdi mübarizədə 9 kişi, 4 qadın cüdoçunun çıxışı, qarışıq komanda üçün isə onlara daha 2 qadın cüdoçunun qoşulması nəzərdə tutulub.

1 milyon avro mükafat fonduna malik mundiala 93 ölkədən 556 cüdoçu (294 kişi, 262 qadın) qatılacaq.

İlk yarış günündə kişilər 60 kq, qadınlar 48 kq çəki dərəcələrində çıxış edəcəklər.

Azərbaycanın kişi cüdoçusu Əhməd Yusifovun ilk rəqibi yaponiyalı ikiqat dünya və olimpiya mükafatçısı Ryuju Naqayama olacaq.

Qadınlardan isə Könül Əliyeva ABŞ-dan olan dünya çempionatının medalçısı Mariya Seliya Labordla qarşılaşacaqsa, Leyla Əliyeva 20 yaşlı türkmənistanlı cüdoçu Kurbanay Kurbanova ilə görüşəcək.

Dünya çempionatı
13 iyun
Kişilər
60 kq

1/16 final. Əhməd Yusifov - Ryuju Naqayama (Yaponiya)

Qadınlar
48 kq

1/32 final. Könül Əliyeva - Mariya Seliya Labord (ABŞ)
1/32 final. Leyla Əliyeva - Kurbanay Kurbanova (Türkmənistan)

Qeyd edək ki, dünya çempionatında mübarizə Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Təsnifat mərhələsinin görüşləri canlı olaraq judotv.com saytında, final bloku isə saat 20:00-dan etibarən İdman TV telekanalında canlı yayımlanacaq.

Seçilən
23
teleqraf.com

1Mənbələr