AZ

İsrail İran ərazisinə zərbə endirdi: SEPAH-ın baş komandanı və nüvə alimləri öldülər

İsrailin hücumları nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami həlak olub.
 
Oxu.Az xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.
 
 
 
Həmçinin bildirilir ki, Xatəmül-Ənbiya qərargahının komandiri general-mayor Qulaməli Rəşid də ölüb.
 
 
 
KİV İsrailin Natanzdakı nüvə obyektinə zərbə endirməsi nəticəsində üç nüvə aliminin öldüyünü yazıb.
 
İranın hava məkanını bağladığı bildirilir.
 
04:48
 
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbə endirib.
 
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
 
Hədəfin dəqiq nədən ibarət olduğunun hələlik məlum olmadığı bildirilib.
 
İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, İrana qarşı "preventiv zərbə" endirilib və əhalini İranın tezliklə cavab hücumu həyata keçirə biləcəyi barədə xəbərdar edib.
 
Bununla əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq edilib.
 
İsrail əhalisinə saat 03:00-da (Bakı vaxtı ilə 04:00-da - red.) ordu tərəfindən təcili xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq xüsusi siqnal vasitəsilə, bütün bloklamaları keçərək mobil telefonlara daxil olub. Əhaliyə arxa cəbhə komandanlığının verəcəyi təlimatlara ciddi şəkildə əməl etmək tapşırılıb.
 
Bununla yanaşı, ölkənin mərkəzi bölgələrində hava hücumu siqnalları eşidilib.
 
Bütün ölkə ərazisində təhsil prosesi, strateji sahələr istisna olmaqla, müəssisələrin fəaliyyəti dayandırılır, kütləvi toplaşmalara qadağa qoyulur.
 
İran dövlət televiziyası paytaxt Tehranda partlayışların olduğunu bildirib. Məlumata əsasən, hava hücumundan müdafiə sistemləri işə düşüb
Seçilən
37
44
moderator.az

10Mənbələr