AZ

BMT: Dünyada məcburi köçkünlərin sayı 122 milyonu ötüb

Dünya üzrə məcburi köçkünlərin sayı 122 milyonu keçib.

Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYQ) zorla köçürülmələrlə bağlı 2025-ci il məlumatlarını əhatə edən  hesabatını yayımlayıb.

“Savaş səbəbilə yerindən edilən insanların sayı son 10 ilin ən yüksək səviyyəsindədir” ifadəsinin yer aldığı hesabatda qeyd olunur ki, dünyada müharibə ilə yanaşı, zorakılıq və təqiblər nəticəsində yerindən edilən insanların sayı xüsusilə humanitar yardım fondlarının azalması fonunda dözülməz dərəcədə yüksək həddə çatıb.

Seçilən
9
operativmedia.az

1Mənbələr