AZ

İsrailin İranda həyata keçirdiyi hücumlarda ABŞ-ın heç bir dəstəyi olmayıb - Marko Rubio

Bakı. TurkicWorld:

İsrailin İranda həyata keçirdiyi hücumlarda ABŞ-ın heç bir iştirakı və ya dəstəyi olmayıb.

TurkicWorld xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Bu axşam İsrail İrana qarşı birtərəfli hərbi əməliyyat həyata keçirdi. Bizim İrana zərbələrlə heç bir əlaqəmiz yoxdur və ən yüksək prioritetimiz bölgədəki qüvvələrimizin müdafiəsi olaraq qalır”, – deyə o, bəyanatında bildirib.

Seçilən
8
turkic.world

1Mənbələr