AZ

Am Kelavi : Bu, bir neçə mərhələli koordinasiyalı əməliyyatdır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

İsrail İranın nüvə təhdidini aradan qaldırmaq üçün hərbi əməliyyata başlayıb.

Bizimyol.info İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail İrandan gələn nüvə təhlükəsini aradan qaldırmaq məqsədi ilə “עם כלביא” (Am Kelavi) kod adlı böyük hərbi əməliyyata başlayıb. Bu, İsrailin son illərdəki ən qətiyyətli addımlarından biridir və İranın nüvə proqramının güclənməsi və onu cilovlamaq üçün diplomatik səylərin iflasa uğraması fonunda baş verir.

İsrailin yüksək rütbəli rəsmisi bu səhər verdikləri məlumatda: "Biz günlərlə döyüşə hazırlaşırıq. Bu birdəfəlik hücum deyil, bir neçə mərhələ üçün nəzərdə tutulmuş koordinasiyalı əməliyyatdır", - deyə qeyd edilir.

Yaxın Şərq KİV-lərinin məlumatına görə, Tehranda və İranın digər strateji bölgələrində hava hücumundan müdafiə sistemləri, o cümlədən uzaq mənzilli sistemlər işə salınıb. Paytaxt üzərində səmada partlayış səsləri eşidilib və yerli sakinlər raket buraxılışlarının videolarını yayımlayırlar.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Nüvə obyektlərinin birbaşa vurulub-vurulmadığı hələlik məlum deyil, lakin mənbələr hərbi və tədqiqat bazalarının yaxınlığında partlayışlar olduğunu bildirir. İran rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

İsrail mənbələri: “Bu, İsrail dövlətinə və regionda sabitliyə qarşı geri dönməz təhlükənin qarşısını almaq məqsədi daşıyan müdafiə əməliyyatıdır”, - deyə vurğulayır.

Vəziyyət inkişaf etməkdə davam edir. İsrail ordusunun komandanlığı və İsrail Milli Təhlükəsizlik Şurasının bəyanatları gözlənilir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
icma.az

1Mənbələr