AZ

İsrail İrana hücum etdi - Baş qərargah rəisi ÖLDÜ

İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı ən azı altı hərbi bazaya, o cümlədən Parçindəki obyektə hücum edib.

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” İran rəsmilərinə istinadla məlumat yayıb.

Onların məlumatına görə, İslam Respublikasının hərbi komandanlığı üçün yüksək mühafizə olunan iki kompleksdə yaşayış binalarına da zərbələr endirilib.

"Reuters" bildirir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü ehtimal edilir.

Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri, eləcə də aparıcı nüvə alimləri də həlak ola bilərdi.

Seçilən
6
5
modern.az

9Mənbələr