AZ

Qriqoryan Türkiyə ilə bağlı sual qarşısında susdu, Azərbaycana gəlincə...

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan ötən gün Nikol Paşinyanın Türkiyəyə səfərə gedəcəyi ilə bağlı yayılan məlumatı təkzib etməyib.

Publika.az xəbər verir ki, o, News.am-a müsahibəsində bu məsələyə toxunmaq istəməyib.

"Mən bu məlumatı şərh etmirəm. Rəsmi məlumatı izləyin", - Qriqoryan deyib.

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyanın işini şərh edən Mher Qriqoryan təmasların olduğunu deyib.

Xatırladaq ki, Ermənistan KİV-i Nikol Paşinyan iyunun 20-də Ankaraya səfər edəcəyi ilə bağlı məlumat yayıb.

Seçilən
4
publika.az

1Mənbələr