İsrail ordusu İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxaninin iqamətgahına zərbələr endirib.
Publika.az xəbər verir ki, o, hücum nəticəsində aldığı ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
“Kontr-admiral Əli Şəmxaninin vəziyyəti ilə bağlı son xəbərlər onu göstərir ki, bu gün səhər saatlarında iqamətgahında törədilən terror aktı nəticəsində ağır yaralanıb və ağır vəziyyətdə Tehran xəstəxanasına aparılıb”, - deyə yerli KİV-in məlumatında bildirilir.