BAKI, 13 iyun. TELEQRAF
MAQATE İsrailin İranın Natanz nüvə obyektinə hücumundan vəziyyəti diqqətlə izləyir.
Teleqraf xəbər verir ki, bu barədə qurumun rəhbəri Rafael Qrossi bildirib.
O deyib ki, radiasiyanın səviyyəsi ilə bağlı mütəmadi ölkə rəhbərliyi ilə əlaqə saxlayır.
Bu arada İran rəsmiləri hazırda radiasiya ilə bağlı heç bir problem olmadığını və nüvə çirklənməsi ilə bağlı məlumat daxil olmadığını bildirirlər.