Biz hələ də İranın nüvə problemi ilə bağlı diplomatik həll yoluna sadiqik.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında qeyd edib.
"Administrasiyamın bütün üzvlərinə İranla danışıqlar aparmaq tapşırılıb. İran böyük bir ölkə ola bilər, lakin əvvəlcə nüvə silahı əldə etmək ümidlərindən tamamilə əl çəkməlidir. Bu məsələyə göstərdiyiniz diqqətə görə sizə təşəkkür edirəm!", - ABŞ lideri bildirib.
Qeyd edək ki, hazırda İsrail ordusu İrana zərbələr endirir.