Bakı. Trend:
İsrailin hava hücumu nəticəsində Tehran və bir neçə şəhərdə birqrup hərbçi, alim və sivil həlak olub.
Trend-inməlumatına görə, bu, İran Xarici İşlər Nazirliyinin bəyanatındaqeyd olunub.
Bəyanatda deyilir ki, İsrailin hücumu yaşayış massivlərinəedilib.
Bəyanata görə, İsrailin İrana hücumu BMT əsasnaməsinin 4-cümaddəsini açıq-aşkar şəkildə pozub. İranın bu hücuma reaksiyası BMTəsasnaməsinin 51-ci maddəsinə əsasən qanunidir.
"İran BMT üzvləri və bütün beynəlxalq və regional dairələrdənİsrailin İrana hücumunu qınamasını və kollektiv şəkildə bu hücumlaəlaqədar təcili addım atmasını gözləyir", -deyə bəyanatdabildirilir.