AZ

İran VURULDU- İsraildə komendant saatı tətbiq edildi

İsrail gecə saatlarında İran ərazisinə qabaqlayıcı zərbə endirib. Axios xəbər verir ki, Tehranda partlayış səsləri eşidilib. “Tehranda partlayış səsləri və hava hücumundan müdafiə vasitələri eşidilir. İsrail bütün ölkənin hava məkanını bağlayıb”, – nəşr yazır. İsrail ordusu ölkə sakinləri üçün fövqəladə vəziyyət xəbərdarlığı edib. İsraildə  təhsil müəssisələrində dərslər, müəssisələrdə iş və kütləvi tədbirlərin keçirilməsi ləğv edilib. İsrailin müdafiə naziri İsrael Katz ölkədə fövqəladə vəziyyət elan edib.

Onun sözlərinə görə, İsrail ordusu İrandan cavab raket hücumu və pilotsuz təyyarələrin istifadəsini gözləyir. Bundan əvvəl bildirilmişdi ki, İran yüzlərlə ballistik raketdən istifadəni nəzərdə tutan İsrailin mümkün təcavüzünə dərhal hərbi cavab strategiyası hazırlayıb. Media ABŞ-ın İraqdan personalını təxliyə etməyə başladığını və Küveytdə də analoji tədbirlərə hazırlaşdığını, Böyük Britaniyanın isə İsrailin hücumu gözləntiləri fonunda Fars körfəzindəki gəmilər üçün risklər barədə xəbərdarlıq etdiyini qeyd edib.

Seçilən
13
veteninfo.az

1Mənbələr