AZ

Tramp: ABŞ İranla nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə ümid edir

ABŞ Prezidenti Donald Tramp İsrailin İran İslam Respublikasına zərbələr endirməsinə baxmayaraq, Vaşinqton və Tehranın İranın nüvə proqramı ilə bağlı danışıqlarının davam edəcəyini gözlədiyini bildirib.

Operativ Media xəbər verir ki, Amerika lideri bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə deyib.

“Biz İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Görəcəyik”, – “Fox News”un jurnalisti Cennifer Qriffin “X” sosial şəbəkə hesbaında Trampın sözlərini sitat gətirib.

Seçilən
16
operativmedia.az

1Mənbələr