Rusiya Prezidenti Vladimir Putin Rusiya Günü münasibətilə Kremldə “Qəhrəmanların vaxtı” proqramının iştirakçıları ilə görüşüb. Metbuat.az xəbər verir ki, o, “Qəhrəmanların vaxtı” proqramının Rusiyanın bu gününü və gələcəyini ölkənin qəhrəmanları ilə əlaqələndirmək üçün yaradıldığını bildirib. Putin proqramda Rusiyanın zaman-zaman çox çətin sınaqlardan keçdiyini və ölkənin bu sınaqlarda qələbə qazandığını ifadə edib. Putin, “Mən bu verilişi təşkil edərkən çox istəyirdim ki, veriliş ölkənin bu gününü və gələcəyini sizin kimi insanlarla birləşdirəcək şərait yaratsın, təkcə adda deyil, həm də mahiyyət etibarilə sizin vaxtınız olsun. Ona görə də proqramı “Qəhrəmanların vaxtı” adlandırdıq” - deyə bildirib.