AZ

İsrail 4 saatdan çoxdur ki, İrana havadan zərbə endirir 

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib...

Poliqon xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

İsrailin nəyi hədəfə aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir.

“Fars” agentliyi isə bildirib ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib.

Bəzi məlumatlara görə, İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.

“İRNA” agentliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin hücumundan sonra İranın paytaxtı Tehran şəhərinin qərbində və şimal-şərqində partlayış səsləri eşidilib.

Eyni zamanda Tehranın imam Xomeyni adına hava limanı fəaliyyətini dayandırıb

Türkiyənin “Hüriyyət” qəzeti isə bildirib ki, İranın iki nüvə obyektində - Natanz və Fordoda partlayışlar baş verib.

İsrail ordusu bildirib ki, hədəf İranın müxtəlif bölgələrindəki nüvə obyektləridir.

Öz növbəsində İsrailin Baş naziri Binyamin Netanyahu deyib ki, İsrail İranın nüvə zənginləşdirmə proqramının ürəyinə zərbə endirib.

Bu arada İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib: “İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”.

Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.

Poliqon.info

Seçilən
42
12
poliqon.info

10Mənbələr