İsrail gecə ərzində İrana zərbələr endirməklə özünü acılı və ağrılı taleyə məhkum edib.
Bizim.Media xəbər verir ki, bu sözlər İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin xalqa müraciətində yer alıb.
Onun sözlərinə görə, İsrail sərt şəkildə cəzalandırılacaq.
İranın Ali Rəhbəri hava zərbələri zamanı bir neçə komandir və alimlərin həlak olduğunu təsdiqləyib:
“Onların davamçıları və həmkarları dərhal işlərini davam etdirəcəklər”.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib.
Bizim.Media