AZ

Netanyahudan TƏCİLİ ÇAĞIRIŞ – “Sığınacaqlarda qalmağa hazır olun!” – VİDEO

"Biz İranın yüksək səviyyəli nüvə komandirlərini və alimlərini vurduq. İsraillilər uzun müddət sığınacaqlarda qalmağa hazır olmalıdırlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu İsrail xalqa müraciətində səsləndirib.
 

“Mən İsrail xalqını komandanlığının göstərişlərinə son dərəcə ehtiyatla əməl etməyə çağırıram. Uzun müddət sığınacaqlarda qalmalı olma ehtimalınız yüksəkdir. Əminəm ki, siz yemək, geyim və s. ehtiyat yığırsınız”.


Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.

Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. 


Bizim.Media

Seçilən
10
50
bizim.media

10Mənbələr