AZ

İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin qalxıb

İsrailin İrana hava zərbələri endirməsindən sonra neft qiymətləri 13 faizə qədər bahalaşıb.

Marja xəbər verir ki, ABŞ xam nefti 11,38 faiz bahalaşaraq bir bareli 75,82 dolları, Brent markalı neftin qiyməti isə 10,28 faiz artaraq 76,48 dollar/bareli görüb.

Neft qiymətləri İsrailin hücum hədələrindən sonra İranın paytaxtı Tehranda eşidilən güclü partlayış xəbərlərindən sonra bahalaşıb.

İsrailin müdafiə naziri Yisrael Katz İrana hücum etdiklərini açıqlayıb.

İsrail ordusu radiosu müdafiə naziri Katzın bütün İsraildə fövqəladə vəziyyət elan etdiyini bildirib.

İlk hücumda İranın müxtəlif bölgələrində bir çox hərbi obyektin vurulduğu, hərbi hədəflərə, komandirlərə, qərargahlara və nüvə obyektlərinə hücum edildiyi bildirilib.

İsrail ordusu da İranın nüvə proqramına zərbə vurmaq üçün qabaqlayıcı hücuma keçdiklərini açıqlayıb.

Seçilən
7
marja.az

1Mənbələr