İsrailin Baş naziri Binyamin Netanyahu iranlılara “zülmdən azadlıq” vəd edib.
Publika.az xəbər verir ki, bu barədə İrail KİV-i məlumat yayıb.
O bəyan edib ki, “demək olar, əlli ildir bu rejim sizdən layiqli həyat şansını alıb”.
“Biz sizə nifrət etmirik. Siz bizim düşmənimiz deyilsiniz. Bizim ortaq düşmənimiz var: sizi tapdalayan zalım rejim… Şübhə etmirəm ki, bu zülmdən azadlıq gününüz heç vaxt olmadığı qədər yaxındır”, – deyə o, videomüraciətində bildirib.