İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində bir neçə ali vəzifəli generallar öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri İsrailin hücumu nəticəsində ölüb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami də cümə günü səhər saatlarında İsrailin Tehrana endirdiyi hava zərbələri nəticəsində məhv olub.
Xatəmül-Ənbiya qərargahının komandiri general-mayor Qulaməli Rəşid səhər saatlarında İsrailin Tehrana endirdiyi hava zərbələri nəticəsində ölən generallar sırasındadır.