AZ

İsrail Prezidentindən İLK BƏYANAT: "İran bu dəli ideyanı həyata keçirməyə hazırlaşıb"

"Bu gecə İsrail xalqımızın mövcudluğuna birbaşa təhlükəni zərərsizləşdirmək məqsədi ilə hədəfli əməliyyata başladı".

Publika.az xəbər veirr ki, bu barədə İsrail Prezidenti İsxak Hersoqun yaydığı bəyanatda deyilir:

"Beynəlxalq ictimaiyyət son onilliklər ərzində İran rejiminin qlobal terror imperiyasının rəhbəri olaraq Yaxın Şərqi necə radikallaşdırdığının və sabitliyi pozduğunun şahidi olub. Tehran öz sadiq qüvvələri vasitəsilə bölgədə xaos yaratmaqla yanaşı, nüvə hərbi potensialını inkişaf etdirmək və ballistik raket arsenalını genişləndirmək üçün dayanmadan çalışıb.

İran rəhbərləri İsrail Dövlətini məhv etmək niyyətlərini açıq şəkildə və dəfələrlə bəyan ediblər. Bu rejim illərlə bu dəli ideyanı həyata keçirməyə hazırlaşıb.

İsrailin özünü müdafiə etmək hüququ ayrılmaz və müqəddəs bir vəzifədir və biz bu hüququ həmişə qətiyyətlə həyata keçirəcəyik.

Seçilən
34
3
publika.az

4Mənbələr