AZ

Sərnişinin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Ucar Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İbrahim Qazıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 05 noyabr 2024-cü il tarixdə saat 06:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Alpout kəndinin ərazisindən keçən 245-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, İbrahim Qazıyev “Opel Astra H” markalı minik avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Bu zaman maşın yolun təmiri üçün bağlanan hissəsinə dəyərək aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Əkbər Cəlilov hadisə yerində ölüb.

 

Kamal Məmmədov

Tarix: 13 İyun 2025, 08:55   
Seçilən
14
1
pravda.az

2Mənbələr