AZ

Sükanı azyaşlı uşağına həvalə edib həyatını təhlükəyə atdı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sükanı azyaşlı övladına verən sürücü həmin anları kameraya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, 42-BO-221 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobilinin sürücüsü azyaşlı övladını sükan arxasına əyləşdirərək nəqliyyat vasitəsini idarə etməsinə şərait yaradıb. Bu hadisə sürücü tərəfindən videoya çəkilərək sosial şəbəkə hesabında paylaşılıb.

Görüntülərdə aydın şəkildə görünür ki, uşağın boyu sükan arxasına çatmır, lakin o, nəqliyyat vasitəsini geriyə hərəkət etdirməyə cəhd göstərir. Qeyd edək ki, bu, sürücülükdə ən mürəkkəb manevrlərdən biri hesab olunur və illərlə təcrübəsi olan peşəkar sürücülər belə bu hərəkəti icra edərkən çətinlik çəkirlər. Bu hərəkətə yol vermək həm uşaq, həm də ətrafdakılar üçün olduqca ciddi təhlükə yaradır.

Qanunvericiliyə görə, azyaşlı şəxsin nəqliyyat vasitəsini idarə etməsi yolverilməzdir və bu cür hallara şərait yaradan sürücülər inzibati məsuliyyət daşıyırlar. Uşaqların psixoloji və fiziki cəhətdən nəqliyyat vasitəsi idarə etməyə hazır olmadıqları, habelə təhlükəli vəziyyətlərə düzgün reaksiya verə bilmədikləri dəfələrlə ekspertlər tərəfindən vurğulanıb. Buna baxmayaraq, bəzi valideynlər bu cür məsuliyyətsiz davranışlarla həm qanunu pozur, həm də övladlarının həyatını ciddi risq altına atırlar.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Bu kimi görüntülərin sosial şəbəkələrdə paylaşılması digər azyaşlılara yanlış mesaj ötürür. Belə hallar azyaşlılar arasında təhlükəli davranışların təqlid edilməsinə səbəb ola bilər. Uşaqlar valideynlərini örnək alaraq, onların davranışlarını, hərəkətlərini mənimsəyirlər. Ona görə də elə hərəkət etmək lazımdır ki, azyaşlılara yaxşı nümunə olsun.

Valideynlərin və sürücü kimi məsuliyyət daşıyan şəxslərin bu cür hallara biganə yanaşmaması, övladlarını riskə atmaq əvəzinə onların təhlükəsizliyini təmin etmələri vacibdir. Uşağa avtomobil idarə etməyi öyrətmək üçün düzgün yaş dövrünü və qanuni yolları seçmək lazımdır. Unutmaq olmaz ki, bir anlıq maraq və ya "fəxr duyğusu" insanın həyatına baha başa gələ bilər.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
avtosfer.az

1Mənbələr