AZ

Tramp: İranın nüvə silahı olmamalıdır

İran nüvə silahına malik olmamalıdır və Vaşinqton hələ də danışıqlar masasına qayıtmağa ümid edir. Bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib. 

"İranın nüvə bombası olmamalıdır və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Biz görəcəyik. İran rəhbərliyində geri qayıtmayan bəzi adamlar var", -  Tramp bildirib. 

Tramp həmçinin ABŞ-ın zərbələrdən əvvəlcədən xəbərdar olduğunu, lakin bu zərbələrdə iştirak etmədiyini bildirib.

Amerika mediasının məlumatına görə, ABŞ və İran nümayəndələri arasında apreldə başlayan danışıqların altıncı raundu bu gələn həftəsonu Omanda baş tutmalı idi.

Gülnar 

Seçilən
3
anews.az

1Mənbələr