AZ

Xamenei: "İsrail sərt cavab alacaq"

İsrail gecə yarısı İranda bir çox nöqtəni vurub.

News24.az xəbər verir ki, İsrail qüvvələrinin də nüvə obyektlərini, alimləri hədəfə aldığı və İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlamini öldürdüyü hücumdan sonra ilk açıqlamanı İran lideri Ayətullah Əli Xamenei verib.

İsrailin hücumlarında bəzi komandir və elm adamlarının həyatını itirdiyini bildirən Xamenei İsrailə sərt cavab verəcəklərini bildirib.

İran lideri "İsrail bu hücumlarla özünə acı son hazırladı. Onlar bununla mütləq qarşılaşacaqlar" dedi.

Günel Məlikzadə

Seçilən
31
news24.az

1Mənbələr