AZ

“Grand Agro” ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında irimiqyaslı beynəlxalq layihə davam edir

 

“Grand Agro” MMC ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Əməkdaşlıq Ofisi arasında rəhbər heyət səviyyəsində görüş keçirilmişdir.

11 iyun 2025-ci il tarixində FAO-nun Bakı ofisində baş tutan görüşdə “Grand Agro” MMC-nin 2024-cü ildən qoşulduğu beynəlxalq layihənin hazırkı icra mərhələsi, görülmüş işlər və qarşıdakı dövrdə nəzərdə tutulan tədbirlərin yol xəritəsi müzakirə edilmişdir.

Artıq bir ildir ki, Qlobal Ekoloji Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilən “Torpaq Deqradasiyası Neytrallığına Nail Olmuş Azərbaycana Doğru” layihəsi çərçivəsində davam edən əməkdaşlıq formatına uyğun keçirilən görüşdə FAO-nun ölkə ofisinin rəhbərinə “Grand Agro” MMC-nin məqsədləri, fəaliyyəti və hazırda həyata keçirdiyi işlər barədə geniş məlumat təqdim edilmişdir.

Layihənin Bakı və Abşeron yarımadası ərazisində torpaqlardan səmərəli istifadə, yaşıllıqların artırılması, bağ, meşə və parkların salınması komponentləri yüksək qiymətləndirilmiş, “Grand Agro” MMC-nin bu istiqamətdə layihəyə mühüm töhfələr verə biləcəyi vurğulanmışdır. Həmçinin, bu əməkdaşlığın yalnız layihə çərçivəsi ilə məhdudlaşmayaraq, digər sahələrdə də davam etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılmışdır.

Hər iki təşkilat, növbəti görüşün yaxın zamanda “Grand Agro” MMC-nin istehsalat və əkin sahəsində daha geniş formatda keçirilməsini dəstəkləmişdir.

 

grandagrogrand-agrofaobmtƏrzaq və Kənd Təsərrüfatı Təşkilatı
Seçilən
18
1
marja.az

2Mənbələr