Bəzi bürclər üçün qarşıdan gələn həftə (16–22 iyun) tam bir səbir imtahanında olacaqlar. Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, planetlərin düzülüşü gərgindir və bircə söz belə onları partlada bilər.
Əgər aşağıdakı bürclərdənsinizsə, diqqətli olun!
Buğa
Əziz Buğalar, bu həftə özünüzü sıxışdırılmış kimi hiss edə bilərsiniz. Daxildə partlayan suallar, cavabsız qalan duyğular əsəbinizi kökündən silkələyəcək. Həm işdə, həm də şəxsi həyatda "səbir kasası" dolub-daşmaq üzrədir. Kimsə bircə dəfə üstünüzə qışqırsa, qığılcım ala bilər!
Qoç
Qoçlar üçün bu həftə “özümü saxlayıram, amma çətindir” dönəmi olacaq. Əsəbləriniz gərilib və bu həftə sizi “hər şeyə görə əsəbiləşən adam” obrazına sala bilər. Ən yaxın insanlar belə sizi anlamaya bilər. Ona görə, emosiyalara yox, məntiqə yer verin.
Xərçəng
Sakit görünə bilərsiniz, amma içinizdə tufan qopur. Ən yaxın insanlar belə bilməyəcək ki, siz bu həftə niyə belə gərginsiniz. Merkuri və Yupiterin bürcünüzdə yaratdığı duyğu sıçrayışları əsəbləri alt-üst edə bilər. Ən yaxşı yol? Duyğuları boğmaq yox, sağlam şəkildə ifadə etməkdir.
Nə etmək olar?
Heç kimin sizdən “sakit qalmaq” gözləntisi sizi daha da əsəbiləşdirməsin – emosiyanı basdırmaq yox, yönləndirmək lazımdır.
Yazın, gəzin, musiqi dinləyin – özünüzü danışdırın.
Unutmayın: Bu hal keçicidir, siz isə daim belə deyilsiniz.
Əgər Buğa, Qoç və ya Xərçəng bürcüsünüzsə, gələn həftə "səssiz əsəb partlaması" sizə tanış gələcək. Amma bu dəfə fərqli davranın. Əsəbi gücə çevirin – möhkəmlənin, yoxsa qırılacaqsınız.
Ölkə.Az