AZ

Polkovnik: Paşinyanın II Qaregini devirəcəyi ehtimalı güclüd

Baş nazir artıq bir neçə mərhələdən keçib, artıq xalq onun gücünə bələddir
 
 “Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində yazıb. Ermənistan hökumətinin rəhbəri bu yanaşmanın doğru olmadığını bildirib: “Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır. Bu, öz çirkinliklərini erməni ictimaiyyətindən gizlətmək üçün “Azərbaycan” və ya “Türkiyə” arqumentlərindən istifadə edəndə ikiüzlülüyün ən birbaşa ifadəsidir. Bu üsuldan istifadə edənlər, o cümlədən xarici qüvvələr onlara istənilən sağlam diskursu pozmağa, istənilən islahatı dayandırmağa və Erməni Apostol Kilsəsini indiki kimi çıxılmaz vəziyyətdə saxlamağa imkan verir. Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin əsl adı - red.) və onun kimi müqəddəs kilsəmizi ləkələyənlər Ermənistan və Erməni Apostol Kilsəsinin çiçəklənməsini istəməyən istənilən qüvvəyə hədiyyədir. Bəziləri Ktriç Nersisyanı müdafiə edir. Nəyi müdafiə edirsən, kimi müdafiə edirsən? Yalanı, saxtakarlığı, çirkinliyi? Bu yolla özünüzü müdafiə edirsiniz və heç bir şansınız yoxdur. Erməni Apostol Kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq. Ktriç Nersisyan taxtı boşaltmalıdır”. Paşinyan yeni katolikos üçün namizədinin olmadığını da sözlərinə əlavə edib: “Çoxları iddia edir ki, mənim yeni katolikos üçün namizədim var. Təəssüf ki, katolikosluğa namizədim yoxdur. Amma mənim katolikosun necə olduğu barədə təsəvvürüm  var: Tanrıya inanan, fırıldaqçı olmayan, İsa Məsihin davamçısı, kilsəyə xidmət edən, “mömin və ruhanilik” pərdəsi altında gizlənməyən biri. Bizim dindar və Tanrıdan qorxan bir katolikosumuz olacaq”.

Hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkisi öncəsi belə bir hərəkətlilik gözlənilirdi. Ekspert vurğulayıb ki, Ermənistanda hələ də revanşist, separatçı qüvvələr var:

 "Separatçı qüvvələr Paşinyanın apardığı siyasətə qarşı çıxır, ona mane olmaq istəyirlər. Baxmayaraq ki, Paşinyan ermənilərə rahatlıq gətirəcək qanunlar qəbul etməyə və qonşuluq münasibətlərinin bərpasına çalışır. Paşinyan Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərin böyük hissəsini qəbul edib. Amma müəyyən qüvvələr var ki, sülh prosesindən narazıdırlar. Nə qədər ki, Ermənistanda köçəryanlar, sərkisyanlar məsuliyyətə cəlb olunmayıblar, erməni kilsəsinə, revanşist və separatçılara dəstək verəcəklər. Ermənistanda ab-havanı gərginləşdirmək və seçkilərdə Paşinyana problemlər yaratmaq məqsədi güdürlər. Bu gərginliyi maliyyələşdirən qüvvələr də var. Çalışırlar ki, Paşinyan və kilsə qarşıdurmasının miqyası daha da genişlənsin və baş nazir öz avtoritetini, sabaha inamını itirsin, insanların inamını qazana bilməsin. Paşinyana mane olmağa çalışan qüvvələr Cənubi Qafqazda sülh və sabitlik istəmirlər. Ancaq Paşinyanın II Qaregini devirəcəyi ehtimalı güclüdür.
Seçilən
41
1
sherg.az

2Mənbələr