AZ

İsrailin İrana hücumu fonundaneftin qiyməti bahalaşdı

İsrailin İrana hücumu fonunda neft qiymətləri bahalaşmaqda davame dir.

Ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında 2025-ci ilin avqustunda çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti yanvarın 28-dən bəri ilk dəfə bir barel üçün 78 dolları ötüb.

Banco.az xəbə rverir ki,  WTI-nin fyuçersləri isə 13,5 faiz artaraq bir barel üçün 76,76 dollara satılıb.

Qeyd edək ki,  İsrail hakimiyyəti İrana, o cümlədən ölkənin müxtəlif bölgələrindəki nüvə obyektlərinə zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu bu əməliyyatın məqsədinin İranın nüvə proqramını pozmaq olduğunu bildirib və zərbələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Seçilən
4
1
banco.az

2Mənbələr