AZ

İmamoğludan dəqiq hesablanmış qərar-məhkəmə iclası boykot edildi...


Hazirda həbsdə olan İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və vəkilləri məhkəmənin keçirilmə yerinindəyişdirilməsinin “qanunsuz” olduğunu əsas gətirərək cümə axşamı məhkəmə iclasını boykot ediblər. Cümə axşamı baxılan iş İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının (CHP) digər məmurlarının mühakimə olunması ilə bağlı şərhlərinə aiddir və İmamoğluna qarşı irəli sürülən çoxsaylı ittihamlardan biridir. İmamoğlu korrupsiya və terrorizmlə əlaqələrə dair araşdırma çərçivəsində mart ayında digər tanınmış siyasətçilərlə birlikdə həbs edilib.
Onun həbsi Türkiyədə son on ildən çox müddətdə ən böyük küçə etirazlarına səbəb oldu. Hər hansı bir iş üzrə məhkumluq İmamoğlunun dövlət vəzifəsində işləməsini və ya namizədliyini irəli sürməsini qadağan edə bilər. İmamoğlu 22 ildir ölkəni idarə edən prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunur. Türkiyədə növbəti seçkilər 2028-ci ildə keçirilməlidir, lakin seçkilərtez də təyin oluna bilər. CHP-nin yaydığı bəyanatda deyilir ki, “qanunsuz prosedurlar” səbəbindən məkan dəyişdirildiyi üçün nə İmamoğlu, nə də onun vəkil komandası cümə axşamı günü keçiriləcək məhkəmə iclasına qatılmayacaq. İmamoğlu özü isə həbsxanadan verdiyi açıqlamada iclası “qanunsuz” adlandırıb və “məhkəmə prosesinin hüquqi prinsiplərə uyğun olmadığını” bildirib. “Mən belə bir prosesdə iştirak etməkdən imtina edirəm və buna görə də bu dinləmədə iştirak etməyəcəm”, deyə İmamoğlu bildirib. CHP-nin İstanbul İl sədri Özgür Çelik X-də bildirib ki, iclasınbaşlamasına 24 saat qalmış məhkəmə prosesi İstanbulun mərkəzindəki Çağlayan Məhkəməsindən Silivri həbsxanasına köçürülüb. İmamoğlu isə İstanbulun qərbindəki həbsxanada saxlanılır. Məhkəmə sentyabrın 26-na qədər təxirə salınıb. Bundan əvvəl Türkiyə hakimiyyəti həbsdə olan İstanbul meri Əkrəm İmamoğlunun şəkillərinin istifadəsinə qadağa qoyub.

Surxay Əliyev

Seçilən
12
baki-xeber.com

1Mənbələr