AZ

Qazaxda daha bir avtomobil yoluna asfalt örtüyü çəkilir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qazax, 13 iyun, Ruslan Novruzoğlu. AZƏRTAC.

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da uğurla icra olunmaqdadır. Ölkə Prezidentinin qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayonda uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşmüş, ümumi uzunluğu 14 km olan Qazax-Uzuntala-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 12,8 km hissəsi əsaslı təmir olunur.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

“28 nömrəli Yol İstismarı” MMC tərəfindən sözügedən avtomobil yolunun Bala Cəfərli kəndi ərazisindən keçən hissəsində işlər tam başa çatdırılıb. Hazırda isə Xanlıqlar kəndi ərazisində işlərə başlanılıb, avtomobil yoluna yeni asfalt örtüyü vurulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
azertag.az

1Mənbələr