ABŞ prezidenti Donald Tramp İsrailin İran hədəflərinə zərbələr endirəcəyi barədə əvvəlcədən məlumatlı olduğunu bildirib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Fox News-un siyasi şərhçisinə müsahibə verən Tramp deyib ki, İsrailin hücumu onu təəccübləndirməyib.
Qeyd edək ki, İyunun 13-nə keçən gecə İsrail Müdafiə Qüvvələri “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb və bu əməliyyatda Hərbi Hava Qüvvələri İranın nüvə proqramının hərbi obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. İsrail rəsmiləri bildiriblər ki, əməliyyat yəhudi dövləti üçün mövcud təhlükənin qarşısını almaq məqsədi daşıyır, çünki İsrail ordusu və kəşfiyyatının məlumatına görə, İran qısa müddətdə nüvə silahı yaratmaqda “geri dönüş nöqtəsinə” yaxınlaşıb.
Elcan
Missiya.Az